Məcburi köçkün
ailələrinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına dair
əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramı"
çərçivəsində ölkənin ayrı-ayrı
şəhər və
rayonlarında qaçqın
və məcburi köçkün ailələri
üçün 63 yeni
qəsəbə salınmış,
100 min nəfərədək soydaşımız yeni evlərə köçürülmüş,
150-dən artıq təhsil,
50-yə yaxın səhiyyə,
onlarla rabitə müəssisələri və
mədəniyyət ocaqları
tikilib istifadəyə
verilmiş, müvafiq
infrastruktur yaradılmışdır.
Hazırda məcburi köçkünlərin
sosial problemlərinin həlli, mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
istiqamətində işlər
ardıcıl davam etdirilir.
Dövlət Proqramına
uyğun olaraq 700-ə
yaxın məcburi köçkün ailəsi
üçün nəzərdə
tutulmuş yeni çoxmərtəbəli yaşayış
binalarının tikilməsi
məqsədi ilə qərara alıram:
1. Məcburi
köçkün ailələrinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə yeni çoxmərtəbəli
yaşayış binalarının
layihələndirilməsi və
tikintiyə başlanması
üçün Azərbaycan
Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Azərbaycan Respublikası
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinə
14 (on dörd) milyon manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci
bəndində nəzərdə
tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 fevral 2010-cu il
Azərbaycan.- 2010.-18 fevral.- S. 1.