Azərbaycanın xarici işlər naziri GUAM-ın baş katibi ilə görüşmüşdür

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov GUAM-ın baş katibi Valeri Çeçelaşvili ilə görüşmüşdür.

Görüşdə münasibətlərin hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılmış, GUAM-ın beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti, iqtisadi, humanitar, turizm, nəqliyyat digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Bundan əlavə, görüşdə GUAM-ın üzvü olan ölkələr arasında əməkdaşlığın inkişafının münasibətlərin intensivləşdirilməsinin zəruriliyi müzakirə olunmuş, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 fevral.- S. 3.