Bəxtiyar Vahabzadə Ərdəhanda anıldı

 

Türkiyənin Ərdəhan şəhərində görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş "Azadlığın səsi Bəxtiyar Vahabzadə" beynəlxalq simpoziumu keçirilib. Atatürk Kültür Mərkəzinin, Ərdəhan Valiliyinin, Ərdəhan Universitetinin Naxçıvan Dövlət Universitetinin birgə keçirdikləri beynəlxalq simpoziumda Azərbaycanın, Türkiyənin, Gürcüstanın Şimali Kipr Türk Respublikasının bir sıra nüfuzlu elm ocaqlarının nümayəndələri iştirak edib. Mərasimdə Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülün, Türkiyənin Baş naziri Rəcəb Tayyub Ərdoğanın bir sıra millət vəkillərinin simpoziuma təbrik məktubları oxunub.

Ərdəhan Universitetinin rektoru professor Ramazan Korkmaz qeyd edib ki, Bəxtiyar Vahabzadə millilik türkçülük ideyalarının ən dəyərli tərənnümçülərindən biridir. Simpoziumun əsas təşklitatçılarından biri - Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli XX əsr Azərbaycan ədəbiyyatı tarixində Bəxtiyar Vahabzadənin rolundan, onun fəlsəfi lirik yaradıcılığı ilə sovet rejimi dövründə azərbaycançılıq məfkurəsini inkişaf etdirməsindən danışıb. Bildirib ki, bu simpozium Azərbaycan ədəbiyyatının qardaş Türkiyədə daha dərindən təbliğ olunması, universitetlərarası elmi-mədəni əlaqələrin daha da genişlənməsi baxımından çox əhəmiyyətlidir. Naxçıvan Dövlət Universitetinin müəllimi, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Cavid İsmayılovun yağlı boya ilə çəkdiyi "Bəxtiyar Vahabzadənin portreti", yüzdən artıq elmi-pedaqoji bədii kitab, lüğətlər, həmçinin B.Vahabzadənin əsərləri Ərdəhan Universitetinə hədiyyə edilib.

Ərdəhan valisi Mustafa Tekmen bu tədbirin iki qardaş xalqın ədəbi-mədəni əlaqələrinin daha da möhkəmlənməsindəki rolundan danışıb. Atatürk Kültür Mərkəzi başkanı professor-doktor Osman Horata, Türk-Azərbaycan qardaşlığı mövzusunun Bəxtiyar Vahabzadə yaradıcılığındakı əksindən bəhs edib.

Maraqlı məqamlardan biri Ərdəhan şəhərinin ən işlək küçələrindən birinə Bəxtiyar Vahabzadənin adının verilməsi mərasimi olub. Mərasimdə Ərzurumdan millət vəkili, professor-doktor İbrahim Kavaz, Atatürk Kültür Mərkəzi başkanı, professor-doktor Osman Horata, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Bartin Universitetinin rektoru professor-doktor Ramazan Kaplan, Ərdəhan Bələdiyyə başkanı vəkili Yusuf Dəmirçi, çıldırlı aşıq Şərəf Taşlıova Ərdəhan Universitetinin rektoru Ramazan Korkmaz çıxış ediblər.

Simpoziumun dörd bölmə üzrə davam edən iclasında 16 məruzə dinlənilib. Türkiyənin müxtəlif şəhərlərindən, qonşu Gürcüstandan, Şimali Kipr Türk Respublikasından gələn elm adamlarının məruzələri ilə yanaşı azərbaycanlı alimlərdən İsa Həbibbəyli, Kamil Vəli Nərimanoğlu, Xanəli Kərimli, İman Cəfərli, Vaqif Məmmədov, Vüqar Sultanzadə Rövşən Əlizadə tərəfindən Bəxtiyar Vahabzadənin yaradıcılığındakı fəlsəfə, vətənpərvərlik, azərbaycançılıq, milli bəşəri dəyərlər geniş təhlil olunub.

Yekun iclasında professor-doktor Ramazan Korkmaz akademik İsa Həbibbəyli çıxış edərək gələcəkdə bu kimi müştərək tədbirlərin keçirilməsinə önəm verəcəklərini vurğulayıblar. İ.Həbibbəyli simpoziumun təşkilatçılarına, tədbirin keçirilməsinə qayğı diqqət göstərən vilayət rəhbərliyinə minnətdarlıq edərək qədim Naxçıvanın rəmzinə çevrilmiş bir mənzərə rəsmini - əməkdar rəssam Cavid İsmayılovun yağlı boya ilə çəkdiyi "İlanlı dağ" tablosunu Ərdəhan valisi Mustafa Tekmenə təqdim edib.

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Qars şəhərindəki Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin büstünü ziyarət edib, Qars Qafqaz Universitetində olub. Səfər zamanı Naxçıvan Dövlət Universitetinin Qars Qafqaz Ərdahan universitetləri ilə çoxcəhətli əlaqələrinə dair məsələlər müzakirə edilib.

 

 

Mehriban SULTAN

 

Azərbaycan.- 2010.- 18 fevral.- S. 7.