Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Aleksandr Şçıqlo Polşa Prezidenti Lex Kaçinskinin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Görüşdə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbərinin ölkəmizə səfərinin Azərbaycan ilə Polşa arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığı vurğulandı, dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin həmçinin ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin regional əməkdaşlıq baxımından önəmi qeyd edildi.

Dövlətimizin başçısı Polşa Prezidenti Lex Kaçinskinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Polşa dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-19  fevral.- S. 4.