Azərbaycan Polşanın xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələri genişlənir

 

Fevralın 18-də Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov ölkəmizdə rəsmi səfərdə olan Polşa Respublikası Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlo ilə görüşmüşdür.

Nazir Eldar Mahmudov qonağı səmimi salamlayaraq Polşa Respublikasının Milli Təhlükəsizlik Bürosu rəhbərinin Azərbaycana ilk səfərinin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir. Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən terrorçuluqla mübarizə, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya bundan irəli gələn məsələlər müzakirə olunmuş, həmçinin enerji təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılmış, Azərbaycan Polşanın xüsusi xidmət orqanları arasında bütün bu sahələr üzrə informasiya ekspert mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov beynəlxalq terrorçuluğa ekstremizmə qarşı mübarizə sahəsində görülən işlərdən danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar barədə ətraflı məlumat vermişdir.

Həmkarı ilə görüşdən məmnunluğunu bildirən Aleksandr Şçıqlo Polşa Respublikasının Azərbaycan ilə sıx dostluq əlaqələrinin bütün səviyyələrdə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. Qonaq Azərbaycanın beynəlxalq antiterror koalisiyasındakı fəal rolunu qeyd etmiş, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəmizin ərazi bütövlüyünün problemin həlli üzrə beynəlxalq hüquq normalarına söykənən mövqeyinin Polşa tərəfindən dəstəkləndiyini vurğulamışdır.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  19 fevral.- S.  4.