XX əsrin faciəsi - Xocalı soyqırımı
("Memorial" Hüquq Müdafiə
Mərkəzinin hesabatından)
Xocalı 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən
əsasən mühasirəyə
alınmışdı, Dağlıq
Qarabağdan daxili qoşunlar çıxarılandan
sonra isə tam mühasirədə idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi.
1992-ci il fevralın 25-də
Xocalıya erməni silahlı dəstələrinin
hücumu başladı.
Hücumun iştirakçıları
Hücumda zirehli texnikanın - zirehli maşınların,
piyadaların döyüş
maşınlarının və
tankların dəstəyi
ilə "Arsax Milli Azadlıq Ordusu"nun hissələri
iştirak edirdi.
Bundan başqa, bütün Xocalı qaçqınlarının
dediyinə görə,
şəhərə hücumda
366-cı alayın hərbiçiləri
də iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də
girmişdilər.
Hücumun gedişi
Xocalı fevralın 25-də saat
23-dən toplardan atəşə
tutulmağa başlamışdır. İlk növbədə
yaşayış massivində
yerləşən kazarma
və müdafiə nöqtələri dağıdılmışdı.
Piyada hissələr şəhərə
fevralın 26-sı saat
1-4 arası girmişlər.
Sonuncu müdafiə nöqtəsi
saat 7-də məhv edilmişdir. Şəhərin gülləbaran edilməsi
nəticəsində dinc
əhalinin müəyyənləşdirilməmiş
miqdarda əmlakı dağılmışdır.
Əhalinin çıxması üçün
azad dəhliz
Ağdam və Bakıda "Memorial"ın müşahidəçiləri
Xocalıya hücum zamanı şəhəri
tərk etmiş 60 nəfərlə sorğu-sual
etmişlər. Soruşulanlardan yalnız biri
söyləmişdir ki,
dəhliz barədə
məlumatı olmuşdur.
Azad dəhlizlə qaçan əhali Azərbaycanın
Ağdam rayonuna qovuşan ərazidə atəşə tutulmuş
və nəticədə
coxlu sayda insan həlak olmuşdur.
Şəhərdə qalmış əhalinin
taleyi
Şəhər erməni
silahlı dəstələri
tərəfindən zəbt
ediləndə orada
300 dinc sakin, o cümlədən 86 məshəti
türkü qalmışdı.
Hər iki tərəfdən alınmış
məlumata əsasən,
1992-ci il martın 3-də Azərbaycan
tərəfə Xocalı
şəhərində və
Ağdam yolunda əsir götürülmüş
700-ə qədər Xocalı
sakini təhvil verilmişdir. Onların əsas hissəsini
qadınlar və uşaqlar təşkil edirdi.
Əsir götürülmüş
əhalinin və Xocalı müdafiəçilərinin
saxlanılması şəraiti
Müvəqqəti saxlanılma təcridxanasının
rəisi mayor Xaçaturyan
əsirlərlə hətta
bir neçə dəqiqəlik təklikdə
danışmağa icazə
verməmişdir.
Xocalı sakinlərinin əmlakı
Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyalarını
belə götürə
bilməmişdilər. Erməni silahlı
qüvvələrinin Xocalıdan
çıxardıqları sakinlər də əmlaklarından heç
nə götürməmişdilər.
"Memorial"ın müşahidəçiləri şəhərdə azğın,
heç nə ilə qarşısı alınmayan soyğunçuluğun
şahidi olmuşlar.
Şəhərdə qalan əmlak
Stepanakert və yaxınlıqdakı yaşayış
məntəqələrinin əhalisi tərəfindən
daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdı.
Alınmış məlumatların qiymətləndirilməsi
Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi
əməliyyat zamanı
şəhərin dinc
əhalisinə qarşı
kütləvi zorakılıq
törədilmişdir. Azad dəhliz
barədə məlumat
Xocalı əhalisinin
çoxuna çatdırılmamışdır.
Azad dəhliz və onun yaxınlığındakı
ərazidə dinc əhalinin kütləvi qırğınına hec
bir cəhdlə haqq qazandırmaq olmaz.
Xocalıya hücumda Rusiya ordusunun 366-cı motoatıcı
alayının hərbiçiləri
iştirak etmişlər.
"Memorial" Hüquq Müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya
hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı
hərəkətləri Cenevrə
Konvensiyasına, həmçinin
Ümumdünya İnsan
Hüquqları Bəyannaməsinin
(BMT-nin Baş Məclisi 10.12.1948-ci ildə
qəbul etmişdir) aşağıdakı maddələrinə
daban-dabana ziddir:
Maddə 2. Hər bir
insan... dilinə, dininə... milli... mənsubiyyətinə... və
digər vəziyyətinə
görə hec bir fərq qoyulmadan
hazırkı Bəyannamədə
bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır.
Maddə 3. Hər bir
insan yasamaq, azadlıq və şəxşi toxunulmazlıq
hüququna malikdir.
Maddə 5. Hec kim işgəncələrə
və yaxud ağır, qeyri-insani və ya onun
ləyaqətini alcaldan
rəftara və cəzaya məruz qalmamalıdır.
Maddə 9. Hec kəs
özbaşınalıqla həbsə,
tutulub saxlanmaya və ya sürgünə
məruz qala bilməz.
Maddə 17. Hər bir
insan... əmlaka sahib olmaq hüququna malikdir. Hec kim öz
əmlakından özbaşınalıqla
məhrum edilməməlidir.
Silahlı dəstələrin hərəkətləri
Fövqəladə Vəziyyətlərdə
və Hərbi Münaqişələr zamanı
Qadınların Və
Uşaqların Müdafiəsi
Bəyannaməsinə (BMT-nin
Baş Məclisi
14.12.1974-cü ildə qəbul
etmişdir) tam ziddir.
Azərbaycan.- 2010.-19 fevral.- S. 9.