Küveytdə "Xocalıya
ədalət" beynəlxalq
kampaniyası çərçivəsındə
tədbir keçirilmişdir
İslam Konfransı Təşkilatının Gənclər Forumundan bildirmişlər ki, Küveytin ən böyük gənclər təşkilatlarından biri olan LoYAC-ın ofisində "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təqdimatı keçirilmişdir.
Tədbirdə iştirak edən gənclər təşkilatlarının nümayəndələrinə və qonaqlara Xocalı faciəsi haqqında məlumat verilmiş, kampaniyanın internet səhifəsi (www.justiceforkhojaly.org) və "Xocalı uşaqların gözü ilə" adlı fotosərgi nümayiş etdirilmişdir.
Xocalı qətliamına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi üçün dünya liderlərinə ünvanlanan petisiya iştirakçılara təqdim edilmiş və imzalar toplanmışdır.
Təqdimatda iştirak edən Azərbaycanın Küveytdəki
səfiri Şahin Abdullayev gənclərə
Xocalı faciəsi haqqında həqiqətlərin
Küveyt ictimaiyyətinə
çatdırılması üçün göstərdikləri
təşəbbüsə və fəaliyyətə
görə təşəkkür
etmişdir.
Azərbaycan.- 2010.- 19 fevral.- S. 9.