AzərTAc-ın fotomüxbirləri
AFB-nin diplom və fəxri fərmanlarına layiq görülmüşlər
Azərbaycan Fotoqraflar Birliyi (AFB) Azərbaycan Dövlət Teleqraf Agentliyinin fotomüxbirlərinə diplom və fəxri fərmanlar təqdim etmişdir.
Bu münasibətlə agentlikdə keçirilmiş görüşdə Azərbaycan fotojurnalistikasında öz dəst-xətti ilə seçilən İlqar Cəfərov, Osman Kərimov, həmçinin mərhum sənətkarlar Oqtay Məmmədov və Namiq Məmmədovun qazandıqları uğurlardan və beynəlxalq müsabiqələrdə layiq görüldükləri mükafatlardan və gənc fotomüxbirlərə göstərilən diqqət və qayğıdan söhbət açılmışdır.
AFB-nin idarə heyətinin sədri Asiyat Fətullayeva, idarə heyətinin üzvü Mirnaib Həsənoğlu qurumun həyata keçirdiyi layihələrdən danışmış, AzərTAc-ın Azərbaycanda fotoinformasiyanın geniş yayılması ilə yanaşı, bu sənətin inkişafına daim xüsusi diqqət yetirdiyini yüksək qiymətləndirmişlər.
Sonra ötən ilin yekunlarına görə AFB-nin ənənəvi yaradıcılıq
müsabiqəsinin qalibi
- AzərTAc-ın fotomüxbiri
İlqar Cəfərova
"İlin fotoqrafı"
mükafatı təqdim
edilmişdir. Agentliyin
mərhum fotomüxbirləri
Oqtay Məmmədov və Namiq Məmmədovun
Azərbaycan fotoqrafiya
sənətinin inkişafında
müstəsna xidmətlərinə
görə təltif edildikləri fəxri fərmanlar onların ailə üzvlərinə
təqdim olundu.
AzərTAc
Azərbaycan.- 2010.- 19 fevral.- S. 10.