Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börnsin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın

19-da ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börnsin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğuladı bu münasibətlərin gələcəkdə inkişaf edəcəyinə əminlik ifadə etdi. Prezident İlham Əliyev Uilyam Börnsin ölkəmizə səfərinin Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börns ölkəsinin Azərbaycan ilə münasibətlərə çox böyük əhəmiyyət verdiyini vurğuladı ABŞ-ın bu münasibətləri daha da möhkəmləndirmək əzmində olduğunu dedi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq, regional beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-20  fevral.- S. 1.