"Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi" təsdiq edilsinlavə olunur).

2. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetasını, ştat cədvəlini işçilərinin aylıq vəzifə maaşlarını müəyyən etsin;

3.2. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

3.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dövlət qeydiyyatına alınmasını təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.-20  fevral.- S. 1.