20 fevral - Dünya Sosial Ədalət Günüdür

 

Fevralın 20-də Dünya Sosial Ədalət Günü qeyd edilir.

Bu gün BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq hər kəs üçün yerləri, gender bərabərliyi insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılmışdır.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirmişlər ki, qurumun baş katibi Pan Gi Mun 20 fevral - Dünya Sosial Ədalət Günü münasibətilə beynəlxalq ictimaiyyətə müraciət etmişdir.

Baş katib bildirmişdir ki, biz cəmiyyətlər daxilində cəmiyyətlərarası həmrəylik, harmoniya bərabər imkanlar aşılamaq üçün yoxsulluq, ayrı-seçkilik işsizliklə məşğul olmağın əhəmiyyətini dərk edirik. Cəmi ikinci dəfə qeyd edilən bu gündə biz daha sabit, ədalətli təhlükəsiz dünya qurmaq üçün etdiyimiz hər bir cəhddə sosial ədalətin vacibliyini vurğulayırıq. Hər kəs üçün sosial ədalətə nail olmaq naminə BMT-nin əsas məqsədi inkişaf insan ləyaqətini yaymaqdır. 2009-cu ildə fəaliyyətə başlamış Sosial Müdafiə Təşəbbüs Platforması hər kəs üçün əsas sosial zəmanət əldə etmək naminə ümumi prioritetlər müəyyənləşdirən bir BMT sistemidir.

Sənəddə qeyd olunur ki, sosial ədalət müxtəlifliyə hörmət, sosial müdafiə dəyərləri yerləri daxil olmaqla, həyatın bütün sahələrində insan hüquqlarının qorunması üzərində qurulmuşdur. İşsizliyin yoxsulluğun xeyli dərəcədə artmasına şərait yaradan qlobal maliyyə böhranının acı nəticələri ilə üzləşdiyimizdən bu məqsədlər həmişəkindən mühümdür. Dünyanın əsas iqtisadi qüvvələri qlobal böhrandan sonra inkişaf etməyə başlayır. Biz dünya xalqlarının da buna nail olmasını təmin etməliyik. Minilliyin İnkişafı Proqramı yoxsul köməyə ehtiyacı olan insanlar üçün BMT-nin əsas vasitələrindən biridir.

BMT-nin baş katibi beynəlxalq ictimaiyyəti Dünya Sosial Ədalət Günündə fürsətdən istifadə edərək, bu vacib məsələ qarşısında öhdəliyini yeniləməyə inkişaf yüksəldikcə daha çox ehtiyacların ödəniləcəyini dərk etməyə çağırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20 fevral.- S. 5.