Azərbaycan və İran parlamentlərinin sədrləri Tehranda görüşmüşlər
Milli Məclisin sədri Oktay Əsədovun rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti fevralın 20-də İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani ilə görüşmüşdür.
Ə.Laricani Azərbaycan və İran əlaqələrinin inkişafında parlametlərimizin rolundan bəhs etmişdir.
O.Əsədov bildirmişdir ki, ölkələrimiz arasında mehriban qonşuluq münasibətləri bundan sonra da davam etdiriləcəkdir. Bu istiqamətdə hər iki parlament öz səylərini artırmalıdır.
Tərəflər parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulamışlar. Qeyd olunmuşdur ki, Azərbaycan və İran parlamentlərarası dostluq qruplarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələrin sürətlənməsinə xidmət edir. Parlamentlərarası dosluq qruplarının və parlametlərdə fəaliyyət göstərən ayrı-ayrı komitələrin arasında əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində mövcud imkanlardan daha səmərəli istifadə olunmalıdır.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
məsələsi barədə
fikir mübadiləsi aparılmışdır. S.Ə.Laricani
bildirmişdir ki, İran Azərbaycanın ərazi bütövlüyünü
tanıyır və dəstəkləyir, münaqişənin
sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.
Azərbaycan.- 2010.- 21 fevral.- S. 1.