Azərbaycan nümayəndə heyəti İranın Təhlükəsizlik üzrə baş katibi ilə görüşmüşdür

 

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyətinin növbəti görüşü fevralın 20-də İranın Təhlükəsizlik üzrə Ali Şurasının baş katibi Səid Cəlili ilə olmuşdur.

Görüşdə regionda təhlükəsizlik məsələləri müzakirə edilmişdir. S.Cəlili bildirmişdir ki, bu sahədə əlaqələrin daha da genişləndirilməsi Azərbaycan və İran xalqlarının ümumi maraqlarını əks etdirir. Xalqlarımızın bundan sonra da əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşaması üçün təhlükəsizlik sahəsində səylər davam etdirilməlidir. Cəlili xüsusi vurğulamışdır ki, Azərbaycanın təhlükəsizliyi İran üçün olduqca vacib və əhəmiyyətli məsələdir.

O.Əsədov bildirmişdir ki, Azərbaycan regionda sülhün, sabitliyin, əmin-amanlığın tərəfdarıdır və bu istiqamətdə həyata keçirdiyi siyasəti bundan sonra da davam etdirəcəkdir.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan.- 2010.-  21 fevral.- S.  1.