Akademik İ.D.Mustafayevin 100 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2010-cu ilin fevral ayında görkəmli Azərbaycan alimi və tanınmış ictimai-siyasi xadim İmam Daşdəmir oğlu Mustafayevin anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycanın elmi və ictimai-siyasi həyatında mühüm xidmətlərini nəzərə alaraq, İmam Mustafayevin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə İmam Mustafayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 23 fevral.- S. 1.