L.M.İmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

SSRİ xalq artisti Lütfiyar Müslüm oğlu İmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

Bakı Şəhər İcra Hakimiyyəti Lütfiyar İmanovun yaşadığı binaya (Bakı şəhəri, Xaqani küçəsi, 27/32) xatirə lövhəsinin vurulmasını təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 23 fevral.- S. 1.