Azərbaycanın parlament nümayəndə heyətinin İrana səfəri başa çatmışdır

 

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə İranda səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti fevralın 22-də Təbriz şəhərinə gəlmişdir.

Nümayəndə heyəti Təbrizdə İranın Şərqi Azərbaycan vilayətinin başçısı Əhməd Əlirza Beygi ilə görüşmüşdür. Görüşdə Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, eyni zamanda, həmsərhəd bölgələrdə iqtisadi, ticarət və mədəni əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılmışdır.

Bununla da Azərbaycan parlament nümayəndə heyətinin İrana səfəri başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  23 fevral.- S.  2.