Bakıda transmilli şirkətlərdə münasibətlərin tənzimlənməsinə həsr olunmuş konfrans keçirilir

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) verilən məlumata görə, Kimya Sənayesi, Dağ-Mədən, Energetika Müxtəlif Peşə İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Federasiyasının (İCEM) təşkilatçılığı Fridrix Ebert Fondunun dəstəyi ilə fevralın 22-də Bakıda Xəzəryanı ölkələrin neft qaz sənayesi işçiləri həmkarlar ittifaqları üçün ikigünlük konfrans öz işinə başlamışdır.

 

Konfransı giriş sözü ilə açan AHİK sədrinin müavini Aqil Dadaşov qurumun sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin təbrikini iştirakçılara çatdırmışdır. Bildirmişdir ki, həmkarlar ittifaqlarının yaradılmasında transmilli şirkətlər bizə kömək etməlidir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da transmilli kampaniyalar tərəfindən yerli işçilərin hüquqları pozulur. Onlar xaricdən gələn işçilərdən ən azı 3-4 dəfə az əməkhaqqı alırlar. Bu da əmək qanunları məcəlləsinə kobud müdaxilənin nəticəsidir. Həmin şirkətlər məcəllənin tələblərini yerinə yetirmir bu təşkilatlarda həmkarlar təşkilatı olmadığından biz onların işinə nüfuz edə bilmirik. Şübhəsiz ki, bu məsələlərin həllində konfransın böyük əhəmiyyəti ola bilər.

İştirakçılar İCEM-in fəaliyyətinə münasibətlərini bildirmiş, bu beynəlxalq qurumun həyata keçirəcəyi tədbirlərin daha da təkmilləşdirilməsi sahəsində təklif tövsiyələrini vermişlər.

Konfransın işində Azərbaycan Rusiya yanacaq-energetika kompleksi işçiləri həmkarlar ittifaqlarının rəhbərləri, İCEM-in enerji sənayesi sektorunun prezidenti Lars Mire, Beynəlxalq Neft, Qaz Sənayesi Neftqaz Kompleksi İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Məlik Mirzəyev, Fridrix Ebert Fondunun respublikadakı nümayəndəliyinin təmsilçisi Rəşad Hüseynli digərləri iştirak edirlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-23  fevral.- S. 4.