Kaliforniyanın Berkeli Universitetində Xocalı faciəsinin 18-ci ildönümü
anılmışdır
ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Şurası, Berkeli Türkdilli Tələbələr Assosiasiyası və Türk-Amerika Assambleyası Assosiasiyasının təşkilatçılığı ilə fevralın 19-da Berkeli Universitetində XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə soydaşlarımız, Kaliforniyada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun əməkdaşları və Berkeli Universitetinin tələbələri iştirak etmişlər.
Montana Universitetinin professoru Tomas Qoltz, Simali
Dakota Universitetinin professoru Tomas Ambrosio, Kaliforniyanın Devis Universitetindən Pərvin Axancı, Baş konsulluğun əməkdaşı Elşən
Baloğlanov, Türk-Amerika
Assambleyası Assosiasiyasının
nümayəndəsi Ergün
Kirlikovalı və Azərbaycan-Amerika Şurasının
icraçı direktoru
Cavid Hüseynov çıxış etmiş,
ermənilərin Azərbaycana
təcavüzü,
əsassız torpaq iddiaları barədə ətraflı məlumat vermişlər.
AzərTAc
Azərbaycan.- 2010.-23
fevral.- S. 6.