Mühacirət ədəbiyyatına dair yeni tədqiqat

 

Çoxşaxəli ictimai inkişaf yolu keçmiş, rəngarəng, üslubca, ideyalarla zəngin Azərbaycan ədəbiyyatının tarixində mühacirətdə yaranmış bədii ədəbiyyat nümunələri əhəmiyyətli yer tutur. Ədəbiyyatımızın bu sahəsində hələ öyrənilməmiş, diqqətdən kənarda qalmış xeyli əsər, şəxsiyyət, problem, fakt hadisə var. Bunu 1991-ci ilin aprelində keçirilmiş "Azərbaycan mühacirət ədəbiyyatı" beynəlxalq elmi simpoziumu bir daha təsdiq edib həmin tədbirdən, xüsusən "sovet dəmir pərdəsi"nin aradan qaldırıldıqdan sonra bizə bir sıra adlar yaradıcı şəxsiyyətlər bəlli olub. Mirzəbala Məhəmmədzadə, Əbdülvahab Yurdsevər, Kərim Odər, Kərim Yaycılı, Teymur Atəşli, Süleyman Təkinər, Almaz İldırım, Məmməd Sadıq Aran, Əli Volkan, Nağı Şeyxzamanlı, İldəniz Qurtulan onlarca başqalarının adı məhz həmin simpoziumdan sonra elmi fikir dövriyyəsinə daxil oldu. Bu simpoziumda dostlaşdığım türkiyəli araşdırmaçı Lətif Yücelin Mirzə Abay Dağlı haqqında məruzəsi həmin siyahıya yeni bir adı əlavə edirdi. Kimdir Abay Dağlı?..

Bu sualın cavabını ədəbiyyatşünas-alim, Azərbaycan mühacirətinə dair dəyərli monoqrafiya məqalələrin müəllifi Nikpur Cabbarlının "Abay Dağlının mühacirət dövrü yaradıcılığı" (redaktoru akademik Bəkir Nəbiyev) adlı əsərindən öyrənmək mümkündür. Əslən Şuşadan olan Cəmil İbrahim oğlu Ağayevi - Mirzə Abay Dağlını tədqiqatçı qısaca olaraq belə təqdim edir: "Azərbaycan siyasi mühacirətinin II Dünya müharibəsindən sonrakı dalğasına mənsub olan yazıçı-dramaturq Mirzə Abay Dağlı (Cəmil İbrahim oğlu Ağayev) 1906-cı il yanvarın 27-də Şuşada çilingər ailəsində anadan olmuş, ilk təhsilini şəhər realnı məktəbində almışdır. O, 1925-1927-ci illərdə Kürdüstan qəza pioner təşkilatçısı vəzifəsində çalışmış, 1927-1929-cu illərdə isə Azərbaycan Mərkəzi Partiya Məktəbinin müdavimi olmuşdur.

1929-1932-ci illərdə Şəmkir rayonunda müəllimlik edən Cəmil Ağayev ali pedaqoji təhsil almaq məqsədilə Bakıya gəlir Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat şöbəsinə daxil olur. 1936-cı ildə ali məktəbi bitirən C.Ağayev təyinatla Nuxaya (Şəkiyə) göndərilmiş 1940-cı ilin fevralına qədər burada Stalin adına pedməktəbdə Azərbaycan dili ədəbiyyatı müəllimi işləmişdir. Bu illərdə gənc müəllim qələmini bədii publisistik yaradıcılıq sahəsində sınamağa başlayır, "Gənc işçi", "Kommunist", "Gənc pedaqoq" qəzetlərində müxtəlif yazılarla çıxış edir.

1940-cı ilin mayında Bakıya gələn C.Ağayev N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi vəzifəsinə qəbul olunur. Bir müddət burada çalışdıqdan sonra 1941-ci il avqustun 15-də ştat ixtisarı ilə əlaqədar işdən azad edilən gənc araşdırıcı həmin il oktyabrın 25-dən Sumqayıt rayonunda 94 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi yenidən pedaqoji fəaliyyətə qayıdır.

II Dünya müharibəsi başa çatdıqdan sonra mühacirət həyatını Sibirin həbs düşərgələrindən üstün tutan C.Ağayev 1947-ci ilin sonlarına qədər AFR-in Münxen şəhərində konspirativ şəraitdə yaşayır, burada "Onlar türklərdi" memuar-romanını yazmağa başlayır. Həmin əsər 1951-ci ildə Ankarada "Rəna" gizli imzasıyla nəşr olunur.

1947-ci ilin sonlarında "türklüyün son qalası ümidgahı olan hürr müstəqil Türkiyəyə qovuşan" (M.H.Türkəqul) C.Ağayev ömrünün sonuna qədər burada mühacir həyatı yaşayır, Sakarya Adapazarı liseylərində müəllimlik edir, Mirzə Abay Dağlı imzasıyla çoxsaylı dram əsərləri, şeirləri yazıb çap etdirir bu yolla "Azərbaycan davası"na - Azərbaycan istiqlal mücadiləsinə xidmət göstərir.

A.Dağlı 1989-cu ildə vəfat etmişdir".

Tədqiqatçı-alim N.Cabbarlı Mirzə Abay Dağlının Türkiyə Azərbaycanda nəşr olunmuş çoxsaylı şeir, pyes, ədəbi-tənqidi məqalələri üzərində ətraflı təhlil işi aparmağı faydalı sayır, ədibin əsərlərini beş əsas istiqamətdə öyrənir:

 

1. Sənətkar zaman problemi

2. Anadolu istiqlal savaşının inikası

3. Totalitar sovet rejiminin ifşası

4. Milli-mənəvi dəyərlər problemi

5. Quzey Kıbrıs olaylarının əksi

 

N.Cabbarlının tədqiqatında diqqəti çəkən əsas məqamlardan biri odur ki, o, Mirzə Abayın irsini əlahiddə şəkildə deyil, Azərbaycan-Türkiyə ədəbi-mədəni birliyi miqyasında izah edir, görkəmli sənətkarın yaradıcılıq özəlliyini müəyyənləşdirməyi, onun bədii üslub orijinallığını aydınlaşdırmağı mühüm məqsəd bilir. Bu məqsədlə ədəbiyyatşünas-alim N.Cabbarlı Abay Dağlının "Əsir ruhlar" (1957), "Bir Mayıs gecəsi" (1960), "Füzuli" (1961, 1968), "Okullular" (1963), "Sakarya" (1965), "Atatürk" (1966), "Atamızın gəncliyi" (1973), "Ata anıları" (1974), "Albay" (1975), "Dədə Qorqud" (1977) s. pyeslərini, həmçinin "Onlar türklərdi" (1951) memuar-romanını geniş təhlil edir, "Novruz", "Azəri türküsü", "Abbas Mirzə səslənirkən", "Azərbaycan", "Ay-yıldız əfsanəsi", "Yoxdur", "Gəl gəlmə", "Yanğın", "Bir tarix silsiləsi", "Xainə" adlı şeirləri, həmçinin "Gülərin göz yaşları" poeması "Qılınc" adlı kiçik həcmli mənzum dramı haqqında məlumat verir.

Nikpur Cabbarlının əsərində diqqəti çəkən məqamlardan biri odur ki, səriştəli tədqiqatçı mövzu üzərində işini bitmiş hesab etmir, Abay Dağlının daha bir neçə dram əsəri üzərində ətraflı dayana bilmədiyini təəssüflə nəzərə çatdırır, sənətkarın "Xaqan", "Pakistan dağlarında", "Hacıbəyli Üzeyir" adlı dram əsərlərinin axtarışında olduğunu, onları tapacağına ümid inam bəslədiyini deyir. Zənnimcə, araşdırmaçının uğurunun ən əsas meyarı da elə budur. Çünki ümid inamla çəkilən zəhmətin heç vaxt hədər getmədiyini ədəbiyyat tariximiz ədəbi-tarixi şəxsiyyətlərimizin iztirablarla dolu həyat təcrübəsi dəfələrlə sübut edib. Bu mənada Azərbaycan mühacirət ədəbiyyatının istedadlı tədqiqatçısı Nikpur Cabbarlının yeni əsərlərinin şahidi olacağımıza əminik.

 

 

Şamil VƏLİYEV,

filologiya elmləri doktoru,

BDU-nun professoru

 

Azərbaycan.- 2010.- 23 fevral.- S. 10.