“Polis haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
“Polis haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999-cu il, ¹11, maddə 611; 2001-ci il, ¹11, maddə 699, ¹12, maddə
731; 2002-ci il, ¹3, maddə
118, ¹6, maddə 328; 2003-cü il, ¹1, maddə 22, ¹8, maddə 424; 2004-cü il,
¹2, maddə 57, ¹3, maddə
133; 2006-cı il, ¹2, maddələr
74, 75, ¹11, maddə 927; 2007-ci il, ¹8, maddə 756; 2008-ci il, ¹4, maddə 251, ¹7, maddə 602, ¹8, maddə
696, ¹10, maddə 883; 2009-cu il,
¹6, maddələr 399, 401) 29-cu maddəsinin I hissəsinin
ikinci abzasında “Polisdə xidmətə başlayan andan” sözləri “Mən, polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasına
və Azərbaycan xalqına sədaqətlə
xidmət etməyə
və daim sadiq qalmağa, ” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 fevral 2010-cu il
Azərbaycan.- 2010.-24 fevral.- S. 1.