"Polis
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2010-cu il
1 fevral tarixli 944-IIIQD
nömrəli qanununun tətbiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Polis haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1. qüvvədə olan qanunvericilik aktlarının "Polis haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3. öz səlahiyyətləri daxilində "Polis haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 24 fevral.- S. 1.