Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2010-cu ilin sentyabr ayında dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur.

Azərbaycan mədəniyyətinin inkişafı naminə misilsiz töhfələr verərək müstəsna xidmətlər göstərmiş Üzeyir Hacıbəylinin 125 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsinlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2010-cu il

 

 Azərbaycan.- 2010.-24 fevral.- S. 2.