"Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikasının 2009-cu il 26 may tarixli 819-IIIQD nömrəli
qanununun tətbiq edilməsi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2010-cu il 1 fevral tarixli 950-IIIQD
nömrəli qanununun tətbiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikasının Mülki-Prosessual
Məcəlləsinə dəyişikliklər
və əlavələr
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2009-cu il 26 may tarixli
819-IIIQD nömrəli qanununun
tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2010-cu il 1 fevral tarixli 950-IIIQD nömrəli
qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
tapşırılsın ki,
bir ay müddətində:
1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsinə
dəyişikliklər və
əlavələr edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2009-cu il
26 may tarixli 819-IIIQD nömrəli
qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunvericilik aktlarına
əlavə və dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2010-cu il
1 fevral tarixli 950-IIIQD nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3. öz
səlahiyyətləri daxilində
"Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinə dəyişikliklər
və əlavələr
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2009-cu il 26 may tarixli
819-IIIQD nömrəli qanununun
tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2010-cu il 1 fevral tarixli 950-IIIQD nömrəli
qanunundan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 fevral 2010-cu il
Azərbaycan.- 2010.-24
fevral.- S. 2.