“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanına əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹4, maddə 258, ¹12, maddə 1058; 2009-cu il, ¹2, maddə 75, ¹7, maddə 532, ¹8, maddə 618, ¹10, maddə 776) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"yə aşağıdakı əlavələr edilsin:

1. aşağıdakı məzmunda 8.17-ci bənd əlavə edilsin:

“8.17. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi:

təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq telefon (məftilli), sellülar (mobil), radiotrank və simsiz telefon xidmətləri göstərən rabitə müəssisələrinin (operatorlarının) abunəçiləri haqqında məlumatların Sistemə daxil edilməsi.”;

2. 9-cu bənddə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,” sözlərindən sonra “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,” sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 24 fevral.- S. 2.