“Tələbə-məzun”
dövlət elektron məlumat sistemi haqqInda əsasnamə”nin
təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Təhsil sahəsində
həyata keçirilən islahatların təhsilin keyfiyyətinə
təsirinin təhlilinin, bu islahatların keçirilməsi
üçün real vəziyyəti əks etdirən statistik
araşdırmaların aparılmasının təmin edilməsi
üçün vahid elektron məlumat sisteminin
yaradılması zəruridir.
Bu sistemin
yaradılmasının və ondan müvafiq dövlət
orqanları və təhsil müəssisələri tərəfindən
istifadənin təmin olunması, həmçinin sistemin təşkilati-hüquqi
əsaslarının müəyyən edilməsi məqsədi
ilə qərara alıram:
1. “Tələbə-məzun”
dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
2.1. qüvvədə
olan qanunvericilik aktlarının bu Fərmana
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. ali və orta ixtisas
təhsili müəssisələrinin “Tələbə-məzun”
dövlət elektron məlumat sisteminə qoşulmamasına və
ya həmin təhsil müəssisələri tərəfindən
məlumatların sistemə vaxtında, tam və ya
düzgün daxil edilməməsinə görə məsuliyyət
müəyyən edən qanunvericilik aktının layihəsini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.4. bu Fərmandan irəli
gələn digər məsələləri həll etsin.
3. Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası “Tələbə-məzun” dövlət
elektron məlumat sisteminin yaradılması, zənginləşdirilməsi
və ondan səmərəli istifadə olunmasının təmin
edilməsi üçün zəruri tədbirlər
görsün.
4. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrinin
“Tələbə-məzun” dövlət elektron məlumat
sisteminə qoşulmasının və həmin təhsil
müəssisələri tərəfindən məlumatların
sistemə vaxtında, tam və düzgün daxil edilməsinin
təmin olunması üçün müvafiq tədbirlər
görsün.
5. Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 4, maddə 294; 2006-cı il, ¹ 12, maddə
1047) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası haqqında Əsasnamə”nin
6.4-cü bəndi çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2010-cu il.
Azərbaycan.- 2010.- 24 fevral.- S. 2.