Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının 2009-cu il 26 may tarixli 819-IIIQD nömrəli
qanununun tətbiq edilməsi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavə və dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə
213; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr
672, 679, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 2, ¹ 5, maddə
241, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddələr 9, 23;
2004-cü il, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹
6, maddə 413, ¹ 7, maddə 505, ¹ 9, maddə 672, ¹ 12, maddə
981; 2005-ci il, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə 560,
¹ 10, maddə 874, ¹ 11, maddə 1001, ¹ 12, maddə 1094;
2006-cı il, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə 385, ¹ 11,
maddə 923, ¹ 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, ¹ 5,
maddələr 401, 437, ¹ 6, maddə 560, ¹ 8, maddə 756, ¹ 11,
maddələr 1049, 1053; 2008-ci il, ¹ 3, maddə 156, ¹ 7, maddələr
600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009-cu il, ¹ 2, maddə
48, ¹ 5, maddə 294, ¹ 6, maddə 399, Azərbaycan
Respublikasının 2009-cu il 20 oktyabr tarixli 891-IIIQD nömrəli
və 4 dekabr tarixli 927-IIIQD nömrəli qanunları)
aşağıdakı əlavə və dəyişiklik
edilsin:
1. 74-cü maddənin
ikinci hissəsinin birinci cümləsində “məhkəmənin”
sözündən sonra “qanuni qüvvəyə minmiş”
sözləri əlavə edilsin.
2. 282-ci maddənin
üçüncü hissəsi aşağıdakı
redaksiyada verilsin:
“3. Tətilin
qanunsuz hesab edilməsi barədə məhkəmə qərarı
olduqda işçilər
tətilə son qoymalı
və məhkəmə
qərarının tətilə
başçılıq edən
orqana təqdim olunduğu günün ertəsi günü işə başlamalıdırlar.”.
II. Azərbaycan
Respublikasının 1999-cu il
7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000-ci il, ¹ 1, maddə
12; 2001-ci il, ¹ 12, maddələr
731, 736; 2004-cü il, ¹ 2, maddə
57; 2005-ci il, ¹ 4, maddə
274, ¹ 7, maddə 590; 2006-cı il, ¹ 11, maddə 926; 2007-ci
il, ¹ 1, maddə 1, ¹ 8,
maddə 756, ¹ 11, maddə
1078; 2008-ci il, ¹ 3, maddə
155, ¹ 8, maddələr 694, 696; 2009-cu il, ¹ 6, maddələr 399,
406) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin
129-cu bəndində “və
(və ya) məhkəmənin” sözləri
“qərarı və (və ya) məhkəmənin
qanuni qüvvəyə
minmiş” sözləri
ilə əvəz edilsin.
III. Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000-ci il, ¹ 1, maddə
17, ¹ 5, maddə 323; 2002-ci il,
¹ 5, maddə 236; 2003-cü il,
¹ 1, maddələr 23, 24, ¹ 6, maddə 279; 2004-cü il,
¹ 7, maddə 505, ¹ 8, maddə
598, ¹ 10, maddə 761; 2005-ci il, ¹ 4, maddələr 277, 278;
2006-cı il, ¹ 2, maddə
64, ¹ 12, maddə 1006; 2007-ci il, ¹ 1, maddələr 3, 4,
¹ 2, maddə 68, ¹ 5, maddə
439, ¹ 6, maddə 560, ¹ 7, maddə
712, ¹ 8, maddə 756; 2008-ci il,
¹ 6, maddə 462, ¹ 7, maddə
602, ¹ 12, maddə 1046; 2009-cu il, ¹ 6, maddə 402) aşağıdakı dəyişikliklər
edilsin:
117.2-ci maddədə “Bu maddədə”
sözləri “Bu Məcəllənin
117.1-ci maddəsində” sözləri
ilə əvəz edilsin.
160.1-ci maddədən “məhkəmə
qətnamələrinin icrası
üçün müəyyən
edilmiş qaydada” sözləri çıxarılsın.
331.3-cü maddədə “Bu maddədə”
sözləri “Bu Məcəllənin
331.1-ci və 331.2-ci maddələrində”
sözləri ilə əvəz edilsin.
4. 421-2.1-ci maddədə
“265-ci maddəsində” sözləri
“265.4-cü və 265.5-ci maddələrində”
sözləri ilə əvəz edilsin.
IV. Azərbaycan
Respublikası Mülki
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000-ci il, ¹ 4,
(I kitab), maddə 250,
¹ 5, maddə 323; 2002-ci il,
¹ 12, maddə 709; 2003-cü il, ¹ 8, maddə 420;
2004-cü il, ¹ 3, maddə
123, ¹ 5, maddə 318, ¹ 6, maddə
415, ¹ 10, maddə 761, ¹ 11, maddə
901; 2005-ci il, ¹ 2, maddə
61, ¹ 6, maddə 466, ¹ 8, maddələr
684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085; 2006-cı il,
¹ 2, maddə 68, ¹ 3, maddə
225, ¹ 5, maddə 387, ¹ 6, maddə
478, ¹ 8, maddə 657, ¹ 12, maddə
1005; 2007-ci il, ¹ 2, maddə
80, ¹ 6, maddə 560, ¹ 8, maddə
745, ¹ 10, maddə 937, ¹ 11, maddə
1053, ¹ 12, maddələr 1215, 1219; 2008-ci il, ¹ 3, maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə
602, ¹ 12, maddə 1049; 2009-cu il, ¹ 2, maddə 47, ¹ 5, maddə 295, ¹ 6, maddə
404, ¹ 7, maddə 517) 157.5-ci maddəsinin birinci cümləsində “çağırış
vərəqəsini” sözləri
“məhkəmə bildirişini”
sözləri ilə əvəz edilsin.
V. “Məhkəmə
qərarlarının icrası
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 3, maddə
114; 2003-cü il, ¹ 6, maddə
277; 2004-cü il, ¹ 8, maddə
598, ¹ 11, maddə 901, ¹ 12, maddə
973; 2007-ci il, ¹ 1, maddə
3, ¹ 6, maddə 562, ¹ 11, maddə
1053; 2008-ci il, ¹ 6, maddə
462, ¹ 7, maddə 602; Azərbaycan
Respublikasının 2009-cu il
20 oktyabr tarixli
894-IIIQD nömrəli Qanunu)
aşağıdakı dəyişikliklər
edilsin:
1. 12.2-ci maddə
çıxarılsın.
12.3-cü maddədə “başqa tələblər də” sözləri “tələblər”
sözü ilə əvəz edilsin.
13.2.1-ci maddədən “, məhkəmə
qərarı dərhal
icra edilməli olduqda - onun qəbul edildiyi günün ertəsi günündən” sözləri
çıxarılsın.
37.4-cü maddədə “səhv” sözü “yanlış”
sözü ilə əvəz edilsin.
5. 42.1-ci maddənin
birinci cümləsində
“birbaşa qohumudursa” sözləri “qohumudursa və ya qohumu
olmuşdursa” sözləri
ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 fevral 2010-cu il.
Azərbaycan.- 2010.- 23 fevral.- S. 2.