"Tələbə-məzun"
dövlət elektron məlumat sistemi haqqında Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral
tarixli fərmanı ilə təsdiq edilmişdir
I. Ümumi müddəalar
1. Bu Əsasnamə
"Tələbə-məzun" dövlət elektron məlumat
sisteminin (bundan sonra - Sistem) yaradılması, zənginləşdirilməsi
və ondan istifadə qaydalarını müəyyən edir. Sistemə
ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri
və məzunları, həmçinin ali təhsil müəssisələrinin
magistrantları haqqında məlumatlar daxil edilir.
2. Sistemin yaradılması, zənginləşdirilməsi və ondan səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə proqram təminatının yaradılması və mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Sistem administratoru) tərəfindən aidiyyəti qurumlarla əlaqəli həyata keçirilir. Sistemdə yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.
3. Sistemi tələbə-məzun elektron məlumat bazası və bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə edilməsini, axtarışların aparılmasını və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki-proqram kompleksi təşkil edir.
4. Sistemin istifadəçiləri ali və orta ixtisas təhsili müəssisələri, həmçinin bu Əsasnamənin 6-cı bəndində nəzərdə tutulan dövlət orqanlarıdır.
5. Sistemə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinin qoşulması məcburidir.
6. Sistemə aşağıdakı dövlət orqanları bu Əsasnamə ilə müəyyən edilmiş qaydada qoşula bilərlər:
6.1. Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyası;
6.2. Azərbaycan
Respublikası Milli Məclisinin Aparatı;
6.3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti;
6.4. Azərbaycan
Respublikasının Müdafiə
Nazirliyi;
6.5. Azərbaycan
Respublikasının Milli
Təhlükəsizlik Nazirliyi;
6.6. Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi;
6.7. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi;
6.8. Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi;
6.9. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi;
6.10. Azərbaycan
Respublikasının İqtisadi
İnkişaf Nazirliyi;
6.11. Azərbaycan
Respublikasının Dövlət
Statistika Komitəsi;
6.12. Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiya.
II. Sistemin strukturu
7. Sistemin
strukturuna Sistem administratorunda olan mərkəzi server və hər bir istifadəçinin
bu sistemə qoşulmaq imkanına malik bir və
ya bir neçə
işçi stansiya daxildir.
8. İstifadə
olunacaq işçi stansiyaların texniki təchizatı (avadanlıq
və rabitə xidməti) istifadəçilərin
öz hesabına həyata keçirilir.
9. Sistemdə
istifadə olunacaq texniki vasitələrin siyahısı və bu texniki vasitələr
üzərinə qoyulmuş
tələblər Sistem
administratoru və Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən
müəyyən edilir.
10. Tələbə-məzun
elektron məlumat bazası mərkəzi serverdə yerləşir.
11. Məlumat
bazasının informasiya
təminatı Sistem administratoru, həmçinin
ali və
orta ixtisas təhsili müəssisələri
tərəfindən həyata
keçirilir.
III. İstifadəçilərin Sistemə qoşulması
12. Sistemə
qoşulmaq üçün
müraciət ali və ya orta ixtisas
təhsili müəssisəsi,
yaxud müvafiq dövlət orqanı tərəfindən Sistem administratoruna göndərilir.
Müraciət etmiş qurumun
sistemə qoşulması,
ondan istifadə etməsi və sistemin təhlükəsizliyinin
təmin edilməsinə
dair texniki və texnoloji imkanları Sistem administratoru tərəfindən
yoxlanılır. Yoxlama
müsbət nəticə
ilə başa çatdıqda bir həftə ərzində
mərkəzi serverə
qoşulmaq üçün
işçi stansiyaların
müraciətdəki sayına
müvafiq olaraq tələb olunan istifadəçi adı, parolu və digər bağlantı parametrləri Sistem administratoru tərəfindən
müəyyən edilir
və müvafiq proqram təminatı işçi stansiyalara quraşdırıldıqdan sonra
müraciət edənin
təyin etdiyi məsul şəxsə təhvil verilir.
IV. Sistem administratoru
13. Sistem
administratoru mərkəzi
serverdə yerləşən
məlumat bazasının
təhlükəsizliyinə cavabdehlik daşıyır.
14. Sistem
administratoru:
14.1. sistemin fasiləsiz fəaliyyətini və məlumat bazasına daxil edilən məlumatların mühafizəsini
təmin edir;
14.2. işçi stansiyalarla
bağlantıların təmin
edilməsinə nəzarət
edir;
14.3. işçi stansiyalarda
sistemə qoşulmaq üçün lazım olan proqram təminatının
yaradılmasını həyata
keçirir;
14.4. mərkəzi serverə
qoşulmaq üçün
müvafiq bağlantı
parametrlərini verir;
14.5. keçirilən imtahanlar
nəticəsində ali
və orta ixtisas təhsili müəssisələrinə qəbul
olan şəxslər
haqqında məlumatları
mərkəzi serverə
daxil edir;
14.6. məlumatların işçi
stansiyalardan ötürülməsinə
nəzarət edir;
14.7. bütün işçi
stansiyalarda çalışacaq
operatorların proqram təminatından effektiv istifadə olunması üçün treninq həyata keçirir;
14.8. müvafiq statistik məlumatlar hazırlayır;
14.9. aşağıdakı hallarda
işçi stansiyanın
fəaliyyətinin məhdudlaşdırılmasına
dair qərar qəbul edir və onu icra
edir:
14.9.1. serverə virus hücumları
olduqda;
14.9.2. texniki problemlərin aradan qaldırılması
zamanı;
14.9.3. serverə səhv məlumatlar göndərildikdə.
V. Sistemin istifadəçiləri
15. Təhsil
müəssisəsi olan
istifadəçilər:
15.1. informasiyanın mühafizəsi
və doğruluğunu
təmin etmək üçün məsul şəxsi və məlumat axtarışını
icra edən və yeni məlumatları
mərkəzi serverə
daxil edən operatoru (operatorları) təyin edir;
15.2. mərkəzi serverə
tələbələri və
magistrantları haqqında
aşağıdakı məlumatları
daxil edir:
15.2.1. soyad, ad və ata adında ola biləcək dəyişikliklər;
15.2.2. akademik müvəffəqiyyət
haqqında məlumat;
15.2.3. ixtisas dəyişmələri;
15.2.4. təhsildə fasilələr;
15.2.5. tələbələr sırasından
xaric edilmələr;
15.2.6. bərpalar;
15.2.7. təkrar ali təhsil və ya orta ixtisas
təhsili alan şəxslər haqqında
məlumatlar;
15.2.8. bir təhsil müəssisəsindən digərinə
köçürmələr, o cümlədən təhsil
müəssisəsinə xarici
ölkədən köçürülmüş
tələbələr haqqında
məlumatlar;
15.2.9. təhsil müəssisəsinə
qəbul edilmiş əcnəbilər haqqında
məlumatlar;
15.2.10. diplom əmrləri və diplom haqqında məlumatlar.
16. Məsul
şəxs Sistem administratoru ilə birlikdə Sistemin fasiləsiz fəaliyyətini
təmin edir və məlumatların yenilənməsinə, düzgünlüyünə,
tamlığına və
mühafizəsinə görə
cavabdehlik daşıyır.
Məsul
şəxs təhsil müəssisəsindəki yeni
məlumatların tam və
vaxtında (10 gün ərzində) məlumat bazasına daxil edilməsini təmin etməlidir.
17. Təhsil
müəssisəsi olan
istifadəçilər mərkəzi
serverdən onlara verilmiş məlumata çıxış statusuna
uyğun olaraq öz işçi stansiyasında çalışan
operator vasitəsilə yalnız
özlərinin tələbələri,
magistrantları və
məzunları barədə
məlumatlara baxa və orada bu
Əsasnamənin 15.2-ci bəndinə
əsasən müvafiq
əlavələr və
dəyişikliklər edə
bilərlər.
18. Dövlət
orqanı olan istifadəçilər mərkəzi
serverdən onlara verilmiş məlumata çıxış statusuna
uyğun olaraq öz işçi stansiyasında çalışan
operator vasitəsilə yalnız
müxtəlif növ
axtarışlar həyata
keçirə bilər,
tələbələr, magistrantlar
və məzunlar haqqında məlumatlara baxa bilərlər. Dövlət
orqanı olan istifadəçilərə məlumat
bazasına məlumat daxil etmək və orada dəyişikliklər
etmək hüququ verilmir.
19. Məsul
şəxs və ya operator işdən çıxarıldığı təqdirdə istifadəçi
bu haqda Sistem administratoruna dərhal məlumat verir, administrator isə məlumatın mühafizəsini
təmin etmək məqsədilə birinci halda bütün, ikinci halda isə
yalnız operatorun çalışdığı işçi stansiyadakı
istifadəçi adını,
parolu və digər bağlantı parametrlərini dəyişdirir.
Azərbaycan.- 2010.- 24 fevral.- S. 2.