Küveyt dövlətinin
əmiri əlahəzrət
şeyx Sabah əl-Əhməd əl-Cabir
əs-Sabaha
Əlahəzrət!
Ölkənizin milli bayramı - Milli Gün münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan-Küveyt dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 10 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 25 fevral.- S. 1.