Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah Gülə

 

Hörmətli cənab Prezident!

Balıkəsir vilayətindəki şaxtada baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə yaxın adamlarına, bütün Türkiyə xalqına öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 25 fevral.- S. 1.