Küveytin milli bayramı şərəfinə
Fevralın 24-də Küveytin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Milli Gün münasibətilə "Hyatt Regency" mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.
Tədbirdə səfir Ğəssan Yusuf əl-Zəvavi çıxış edərək, ölkəsinin inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.
Diplomat dost ölkələr olan Küveyt və Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar gün münasibətilə dost Küveyt xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır.
Nazir qeyd etmişdir ki, son vaxtlar Azərbaycan və Küveyt arasında müxtəlif sahələri əhatə edən münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Ə.Qarayev əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək və dərinləşəcəkdir.
Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı
səfirləri, beynəlxalq
təşkilatların ölkəmizdəki
təmsilçiləri, paytaxt
ictimaiyyətinin nümayəndələri
qəbulda iştirak etmişlər.
Azərbaycan.- 2010.- 25 fevral.- S. 2.