Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin
inkişaf perspektivləri
müzakirə olunmuşdur
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, fevralın 24-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən nazir E.Məmmədyarov, "Şərq tərəfdaşlığı" Proqramının əhəmiyyətini vurğulamışdır. Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələsinə, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının, ölkəmizin ərazi bütövlüyünün bərpasının və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının zəruriliyini bildirmişdir.
P.Semnebi Azərbaycan torpaqlarının işğalının davam etməsinin yolverilməz olduğunu bildirmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağına ümid etdiyini vurğulamışdır.
Görüşdə enerji
və digər qarşılıqlı maraq
doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2010.- 25 fevral.- S. 2.