Xocalı faciəsi qurbanlarının xatirəsi
Hindistanda anılmışdır
Azərbaycanın Hindistandakı səfirliyindən bildirmişlər ki, fevralın 24-də Hindistanın Camia Millia İslamia Universiteti ilə birgə Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı seminar və sərgi keçirilmişdir.
Universitet rəhbərliyinin, professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri tədbirdə erməni millətçiləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş Xocalı soyqırımı haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Dağlıq Qarabağın işğalı hələ də davam edir və bunun nəticəsi olaraq bir milyona yaxın insan ata-baba torpaqlarından didərgin düşmüşdür. Tədbir iştirakçılarına Azərbaycanın işğal altında olan torpaqlarında ermənilərin qədim abidələrimizi məhv etmələri və digər cinayətləri barədə geniş məlumat verilmişdir.
Sonra Xocalı soyqırımı haqqında sənədli film, videogörüntülər və fotosərgi nümayiş etdirilmişdir.
Yekun olaraq iştirakçılardan
"Xocalıya ədalət"
kampaniyası çərçivəsində
dünya liderlərinə
ünvanlanacaq imzalar toplanmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 25 fevral.- S. 4.