Lütfiyar İmanov anıldı
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq artisti Lütfiyar İmanovun anım gecəsi keçirildi.
Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin sədri Tofiq Əlizadə, bəstəkar Arif Məlikov, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, akademik Böyükkişi Ağayev, Səbail Rayon İcra Hakimiyyətinin Təhsil və mədəniyyət şöbəsinin müdiri Pərvanə Kazımzadə, xalq artistləri Zaur Rzayev, Şahlar Quliyev, Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini Rafiq Kəşanlı, şair İlyas Tapdıq, BDU-nun professoru Əsədulla Qurbanov, Tümen vilayətində Azərbaycan Cəmiyyətinin sədri Yusif Əsgərov, respublika ziyalıları və aktyorun ailə üzvləri iştirak edirdilər.
Lütfiyar
İmanov Sabirabad rayonunda anadan olmuşdur. O, Asəf Zeynallı
adına musiqi məktəbini bitirərək Azərbaycan
Dövlət Televiziyasının xorunda oxumuşdur. Daha sonra
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor kimi fəaliyyət
göstərmişdir. Burada çalışdığı
müddətdə o, Vəli və Əsgər, Sərvər
və Kəblə Nəsir ("Arşın mal alan",
"O olmasın, bu olsun", Ü.Hacıbəyli) Şubay
("Ulduz", S.Ələsgərov və S.Rəhman), Murad
("Durna", S.Rüstəmov və S.Rüstəm),
Sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirən sənətkar 1975-ci ildə İtaliyanın La-Skala sənət ocağında vokal ifaçılığı təcrübəsini keçib. O, Radamesin və Germanın partiyalarını Ankara Dövlət Opera və Balet Teatrında uğurla ifa etmişdir. Prezident İlham Əliyev Lütfiyar İmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Lüfiyar İmanovun yaşadığı binaya (Bakı şəhəri, Xaqani küçəsi, 27) xatirə lövhəsinin vurulmasını təmin etsin. Bu, böyük sənətkara göstərilən diqqətin bariz nümunəsidir.
Səbuhi BAYRAMOV
Azərbaycan.- 2010.- 25 fevral.- S. 7.