Prezident İlham Əliyev: "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi"

 

Faciəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaq insanlıq vətəndaşlıq borcumuzdur.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə soyqırımı siyasətinin davamı qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər əzab-əziyyətlər gətirmişdir.

Xocalı faciəsindən danışarkən ozamankı rəsmi Azərbaycan rəhbərliyinin ölkədə vəziyyətə ciddi təsir edən siyasi qüvvələrin acizliyini, səriştəsizliyini, xalqın taleyinə biganəliyini xüsusi qeyd etmək lazımdır. Dövlət rəhbərliyi xalqın qəzəbindən qorxaraq hadisənin miqyasını kiçiltməyə cəhd etmiş, bu qanlı cinayət barədə beynəlxalq ictimaiyyətə operativ ətraflı məlumat vermək üçün heç bir görməmişdi. Ozamankı müxalifət isə faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək üçün istifadə etdi. O zaman Azərbaycanda hökm sürən hərc-mərclik, hakimiyyətin nüfuzsuzluğu, lidersizlik bu qanlı fəlakətin baş verməsinə şərait yaratdı.

1994-cü ildən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası dəhşətləri ilə dünya dövlətlərinə beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı ardıcıl fəaliyyət göstərir. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin şəhidlərinin ruhu qarşısında bizim insanlıq vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

2004-cü il

 

 

2001-ci ildə Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüsü ilə "Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş genosidin etiraf edilməsinə dair" deklarasiya hazırlanıb. Sənəddə ermənilərin tarixən Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə xronoloji ardıcıllıqla diqqət yetirilir. Xocalı faciəsi ilə bağlı sənəddə yazılır: "26 fevral 1992-ci il tarixində ermənilər Xocalı şəhərinin bütün əhalisini vəhşicəsinə qırdı şəhəri bütövlükdə darmadağın etdi". Deklarasiya Böyük Britaniya, Lüksemburq, Polşa, Türkiyə, Bolqarıstan, Albaniya, Norveç Makedoniyadan olan deputatlar tərəfindən təsdiq edilib.

 

 

Azərbaycan.- 2010.- 26 fevral.- S. 1.