"Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 590 nömrəli fərmanına əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 590 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №6, maddə 603)

1-ci bəndinə "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi" sözlərindən sonra aşağıdakı məzmunda abzaslar əlavə edilsin:

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 26 fevral.- S. 1.