2008-ci il oktyabrın 10-da Bişkek şəhərində imzalanmış "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" vahid yubiley medalı haqqında Qərar"ın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2008-ci il oktyabrın 10-da Bişkek şəhərində imzalanmış "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" vahid yubiley medalı haqqında Qərar" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən qərarın həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən qərarın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.-26 fevral.- S. 1.