Qarabağ Xocalı soyqırımı mövzusunda müsabiqə yekunlaşmışdır

 

Fevralın 25-də "Azərsun Holdinq" şirkətinin maliyyə dəstəyi ilə Azərbaycan Mətbuat Şurası "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin "Qarabağ mövzusunun Xocalı soyqırımının mediada təbliğinə dəstək" layihəsi çərçivəsində jurnalistlər arasında keçirilmiş müsabiqənin nəticələri açıqlanmışdır.

Tədbirdə şirkətin vitse-prezidenti Tahir Gözəl, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov başqaları çıxış edərək Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamış, Azərbaycan həqiqətlərinin təbliği istiqamətində genişmiqyaslı işlər aparıldığını qeyd etmiş, müsabiqənin əhəmiyyətindən danışmışlar.

Sonda müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 fevral.- S. 3.