"Xocalı soyqırımı rabitəçilərin yaddaşında" kitabının təqdimatı olmuşdur

 

Fevralın 25-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə "Xocalı soyqırımı - əsrin faciəsi" adlı sərginin açılışı "Xocalı soyqırımı rabitəçilərin yaddaşında" kitabının təqdimatı olmuşdur.

Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin 366-cı motoatıcı alayının köməyi ilə törətdikləri Xocalı faciəsi haqqında məlumat verdi. Xatırlatdı ki, həmin gecə yüzlərlə soydaşımız vəhşicəsinə öldürülmüş, şikəst edilmiş, itkin düşmüş, əsir aparılmış, şəhər büsbütün yandırılaraq yer üzündən silinmişdir.

Mərasimdə mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva, rabitə informasiya texnologiyaları nazirinin müavini İltimaz Məmmədov başqaları çıxış edərək Xocalıda erməni qəsbkarlarının xüsusi amansızlıqla törətdikləri misli görünməmiş qanlı cinayətdən, köməksiz, əliyalın insanlara divan tutulmasından şəhəri müdafiə edərək qəhrəmanlıqla şəhid olmuş xocalılıların şücaətlərindən söz açdılar.

"Xocalı soyqırımı rabitəçilərin yaddaşında" kitabında adları çəkilən şahidlərin çıxışları dinləyicilərdə böyük təəssürat yaratdı.

Daha sonra Xocalı faciəsinə həsr olunmuş klipin nümayişi "Xocalı soyqırımı - əsrin faciəsi" sərgisinə baxış keçirildi.

Sərgidə faciəyə həsr olunmuş 200-dən artıq kitab, jurnal qəzet materialları nümayiş etdirildi.

 

 

Adilə QOCAYEVA

 

Azərbaycan.- 2010.- 26 fevral.- S. 7.