Azərbaycan Prezidenti İlham Əliyev ali mükafata - "İlin adamı - 2009" Qran-pri mükafatına layiq görülmüşdür

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyada təsis edilmiş "İlin adamı - 2009" Qran-pri mükafatına layiq görülmüşdür. Bu mükafat il ərzində öz ölkələrinin ictimai, siyasi dövlət mənafelərinə xidmət işində ən parlaq nəticələr göstərmiş insanlara təqdim edilir.

"İlin adamı" illik milli mükafatın təqdim edilməsi mərasimi fevralın 25-də Kremldə keçirilmişdir. Bu mükafat Rusiyanın RBK informasiya agentliyi tərəfindən təsis edilmişdir. Mükafatın təsisçiləri bildirirlər ki, "İlin adamı" öz ölkəsinin inkişafının mühüm meyillərini təcəssüm etdirən, onun gələcəyini formalaşdıran insanlardır. Mükafatın laureatlarını müəyyənləşdirən nüfuzlu ekspertlər şurasına tanınmış siyasətçilər, ictimai siyasi xadimlər, ən iri şirkətlərin rəhbərləri, elm mədəniyyət xadimləri, KİV nümayəndələri daxildir. Ekspertlər şurasının üzvlərinin çoxu öz ölkəsinin inkişafına sanballı töhfə vermiş insanlar kimi "İlin adamı" seçilmiş şəxslərdir. Onların arasında Sergey Lavrov, Arkadi Dvorkoviç, German Qref, Vladimir Yakunin, Aleksey Miller, Aleksandr Şoxin, Yuri Lyubimov, Mark Zaxarov, Qalina Vişnevskaya, İosif Kobzon, Konstantin Ernst, Vladislav Tretyak başqaları vardır.

İctimai-siyasi biznes sahələrində, habelə xüsusi nominasiyalarda təqdim edilən "İlin adamı" mükafatının ali dərəcəsi Qran-pridir. Qran-priyə layiq görülənlər "Slava oteçestva" ordeni ilə təltif edilirlər.

Builki laureatların seçimi iqtisadi böhran fonunda keçmiş qaliblərin tərkibi çox cəhətdən bu amilə əsasən müəyyən edilmişdir. Laureatların çoxunun qələbəsi məhz onların böhrana qarşı uğurlu mübarizəsi sayəsində təmin edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 fevral.- S. 2.