Gözəl təbiəti, zəngin
tarixi və təbii imkanları olan Qəbələ tezliklə
beynəlxalq turizm mərkəzinə çevriləcəkdir
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də
Qəbələ rayonuna gəlmişdir.
Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı Qəbələ
rayonunda da hərtərəfli inkişafa təkan vermişdir.
İstər rayon mərkəzi, istərsə də kənd və
qəsəbələr müasir görkəm alır. Son illərdə
Qəbələ rayonunun da iqtisadiyyatı sürətlə
inkişaf edir. Rayonda 2009-cu ildə ümumi məhsul
buraxılışı 2003-cü illə müqayisədə
2,1 dəfə, sənaye məhsulu istehsalı 21 dəfə,
kənd təsərrüfatı məhsulları isə 2 dəfə
artmışdır. Həmin dövrdə əsas kapitala
yönəldilən investisiyaların məbləği 32 dəfə
artaraq 23 milyon manatı keçmişdir. Rayonda istehsal edilən
sənaye məhsullarının 25 faizi xaricə ixrac olunur.
2003-2009-cu illərdə rayondakı 451 müəssisədə
6483-ü daimi olmaqla, 8271 yeni iş yeri
yaradılmışdır. Qəbələ rayonunun zəngin
turizm potensialının reallaşdırılması
üçün dövlət başçısının
tapşırığına əsasən kompleks tədbirlər
həyata keçirilir.
Ölkəmizin hər yerində
olduğu kimi, Qəbələdə də təhsilin
müasirləşdirilməsi, məktəblərin
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
genişmiqyaslı tədbirlər görülür. Heydər
Əliyev Fondunun təhsilin inkişafına göstərdiyi
diqqət və qayğı bu rayonda da hiss olunur. Fondun təşəbbüsü
ilə Qəbələnin Kiçik Əmili kəndində
280 şagird yeri olan orta məktəb binası inşa
edilmişdir. Müasir avadanlıq və əyani vəsaitlə
təmin edilmiş binada 11 sinif otağı, idman zalı,
kompüter otağı vardır. Rayonda təhsil sektorunun
inkişafına göstərilən diqqətin nəticəsində
Yenikənd kənd orta məktəbi üçün də təzə
bina tikilmişdir. Hər cür şəraiti olan binada 20 sinif
otağı, 6 kabinet, kitabxana, kompüter otağı, idman və
akt zalları vardır.
Prezident İlham Əliyev əvvəlcə
ulu öndər Heydər Əliyevin rayon mərkəzində
ucaldılmış abidəsini ziyarət edərək gül
dəstəsi qoydu.
AzərTAc
Azərbaycan.- 2010.- 28 fevral.- S. 1.