Yeni avtovağzal binası Qəbələyə turist axınını gücləndirəcəkdir

 

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə yeni avtovağzal binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, son dövrlərdə Qəbələdə tikilən infrastruktur obyektlərindən biri olan ikimərtəbəli yeni avtovağzal binası 1,5 hektar ərazidə inşa edilmişdir. Zəruri xidmət sahələri ilə təmin edilmiş binanın birinci mərtəbəsində kassalar, gözləmə tibb otaqları, digər bölmələr vardır. Müasir üslubda inşa edilən obyektin ikinci mərtəbəsində isə inzibati otaqlar yerləşir. Həyətdə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmış, ağaclar əkilmişdir.

Bildirildi ki, Qəbələdə nəqliyyat sahəsinin inkişafına ciddi təsir göstərəcək yeni avtovağzaldan rayonun bütün kəndlərinə marşrutlar işləyəcəkdir. Həmçinin ölkədaxili istiqamətlərdə yeni marşrutların açılması planlaşdırılır. Bundan əlavə, Türkiyə, Rusiya MDB-nin digər dövlətlərinə avtobus reysləri açılacaqdır. Bu, Qəbələ rayonuna turist axınının daha da artmasını təmin edəcəkdir.

Dövlətimizin başçısı avtovağzalın həyətində yeni avtobuslara baxdı, kollektivi təbrik etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 fevral.- S. 2.