"Qafqaz Sahil" mehmanxana kompleksinin tikintisi ilə tanışlıq

 

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələyə səfəri çərçivəsində "Qafqaz Sahil" mehmanxana kompleksinin tikintisi ilə tanış olmuşdur.

Dövlətimizin başçısı mehmanxananın eskizlərinə baxdı.

Məlumat verildi ki, böyük turizm imkanlarına malik Qəbələdə yeni obyektlərdən olan "Qafqaz Sahil" mehmanxana kompleksi yeddimərtəbəli əsas binadan 38 kottecdən ibarətdir. Ümumi sahəsi 21 min 600 kvadratmetr olan binada 123 nömrə olacaqdır. Onlardan 100-ü standart, 18-i syutdur. Nömrələrdən 5-i isə xüsusi qonaqlar üçün nəzərdə tutulmuşdur. Kompleksdə 3 konfrans zalı, 2 restoran fəaliyyət göstərəcəkdir. Bundan əlavə, açıq qapalı hovuzlar da qonaqların ixtiyarına veriləcəkdir.

Müasir standartlara uyğun tikilən kompleks bölgədə turizmin inkişafına böyük töhfə verəcəkdir.

Dövlətimizin başçısı inşaat işləri ilə bağlı tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-28  fevral.- S. 4.