Prezident İlham Əliyev "Laza" yarımstansiyasının açılışında iştirak etmişdir

 

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdəki "Laza" yarımstansiyasının açılışında iştirak etmişdir.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, 110 kilovoltluq "Laza" yarımstansiyası ölkənin energetika sisteminin paylayıcı ötürücü şəbəkəsinin yenidən qurulması, müasirləşdirilməsi işləri çərçivəsində tikilmişdir. Sahəsi 1,5 hektar olan yarımstansiyada inşaat işlərinə 2008-ci ilin dekabr ayında başlanmışdır. Yarımstansiyanın layihəsi "Azərenerji"nin daxili imkanları hesabına maliyyələşdirilmişdir. Ərazidə geniş miqyasda abadlıq yaşıllaşdırma işləri aparılmış, transformatorlar üçün təmir meydançaları tikilmiş, daxili yollar çəkilmişdir. Laza-Qəbələ yolundan yarımstansiyaya bir kilometrə qədər asfalt yol salınmışdır.

Rayon üçün mühüm əhəmiyyət kəsb edən yarımstansiya Qəbələ şəhərini, "Qafqaz" turizm kompleksini, Laza Durca kəndlərini, eləcə bir sıra obyektləri elektrik enerjisi ilə təmin edəcək, həmçinin enerjinin ötürülməsi paylaşdırılması sistemlərinin etibarlı sabit işləməsinə imkan verəcəkdir. Yarımstansiyanın qidalandırılması üçün "Qəbələ" yarımstansiyasından hər birinin uzunluğu 6 kilometrdən çox olan 110 kilovoltluq iki hava xətti çəkilmişdir.

Bildirildi ki, 12 çıxış xəttinə malik "Laza" yarımstansiyasında hər birinin gücü 16 meqavoltamper olan iki transformator quraşdırılmışdır. Yarımstansiyada quraşdırılacaq avadanlıq İsveçrənin ABB şirkətinə məxsusdur.

Prezident İlham Əliyev paylayıcı qovşaq bölməsində oldu, dispetçer məntəqəsində yarımstansiyanı işə saldı.

Dövlətimizin başçısı yarımstansiyanın kollektivini təbrik etdi, onlara uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 fevral.- S. 4.