Qəbələdə "Qafqaz Resort" mehmanxanasının yeni korpusu istifadəyə verilmişdir

 

Prezident İlham Əliyev fevralın 27-də Qəbələdə "Qafqaz Resort" mehmanxanasının yeni korpusunun açılışında iştirak etmişdir.

Bildirildi ki, 6 mərtəbəli yeni korpus 60 otaqdan ibarətdir. Onlardan 36-sı standart, 23-ü lüks nömrə, biri isə xüsusi qonaqlar üçündür.

Binada restoran, kafe bar fəaliyyət göstərir. Korpusda internet xidməti təşkil edilmişdir.

Yeni korpusla yaxından tanış olan Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 fevral.- S. 4.