Qəbələdə "Fitnes"
sağlamlıq mərkəzi
istifadəyə verilmişdir
Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə "Fitnes" sağlamlıq mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və mərkəz ilə yaxından tanış oldu.
Məlumat verildi ki, 5 hektar ərazidə müasir üslubda inşa edilmiş bu mərkəz istirahətlə yanaşı, turistlərin müayinə və müalicəsinə də xidmət edir. Burada 700 yerlik amfiteatr, kinozal, saunalar, SPA kabinetləri, hidromasaj otaqları, müalicə vannaları fəaliyyət göstərir. Mərkəzdə, həmçinin 8 yolluq boulinq zalı, reytbol, stolüstü oyun masaları və digər idman qurğuları da quraşdırılmışdır. Uşaqlar üçün xüsusi üzgüçülük hovuzları tikilmiş, uşaq klubu yaradılmışdır.
"Fitnes" sağlamlıq mərkəzində eyni vaxtda 300 qonağın istirahət etməsi üçün imkan vardır. Onların xidmətində 80 nəfərlik heyət dayanacaqdır.
Prezident İlham Əliyev mərkəzin ayrı-ayrı bölmələrinə,
kinozala baxdı, açıq konsert salonunda rayonun uşaq və yeniyetmələrdən ibarət
xalq çalğı
alətləri ansamblının
ifasında "Koroğlu"
operasından "Cəngi"yə qulaq asdı.
AzərTAc
Azərbaycan.- 2010.-28
fevral.- S. 4