Dövlət
başçılarının mətbuat üçün
bəyanatları
İyunun 30-da geniş tərkibdə görüşdən sonra prezidentlər İlham Əliyev və Georgi Pırvanov mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
Bolqarıstan Prezidenti
Georgi PIRVANOV bəyanatla
çıxış edərək
dedi:
- Hörmətli
cənab Prezident!
Hörmətli qonaqlar!
Əvvəlcə, mənə göndərdiyiniz
dəvətə görə
və göstərilmiş
səmimi qonaqpərvərliyə
görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən keçirilmiş
danışıqlardan çox
razıyam. Sözün əsl
mənasında, ölkələrimiz
arasında ənənəvi
dostluq münasibətləri
mövcud olmuşdur.
İndi isə bizim belə bir imkanımız
var ki, həmin
o münasibətlərə yeni məna verək, yeni keyfiyyət gətirək.
Hesab edirəm
ki, bu münasibətlər
Avropa İttifaqının
üzvü olan dövlət ilə və Sizin
regionun dövləti arasında nümunəvi münasibətlərə xidmət
edə bilər.
Cənab Prezident,
Siz burada müxtəlif Avropa təsisatları ilə münasibətlərimizə istinad
etdiniz. Biz münasibətlərimizin
inkişafı üçün
müsbət rol oynamış bu amilləri qeyd etmək istəyirik.
Hesab edirəm ki, biz ölkələrimiz arasında
əmtəə dövriyyəsinin
düzgün müsbət
təhlilini apara və ölkələrimiz
arasında əmtəə
dövriyyəsinin yeni
strukturunu nəzərdən
keçirə biləcəyik.
Biz bu baxımdan
müvafiq nazirliklər
və sahə qurumları arasında daha böyük əməkdaşlıq gözləyirik.
Təbii
ki, bugünkü danışıqlar sərmayə
prosesinə təkan verə bilər. Bu, hər iki
istiqamətdə sərmayə
marağını daha
da artıra bilər. Biz bu məsələləri
də müzakirə etdik. Ümidvaram ki, bu məsələlər
müvafiq təsisatların
və nazirliklərin iş gündəliyinə
salınacaqdır.
Mən, eyni zamanda, energetika
sahəsində apardığımız
danışıqları müsbət
dəyərləndirirəm. Bu baxımdan əlaqələrimiz
yaxşı inkişaf
edir, müsbət nəticələrimiz vardır.
Biz Bolqarıstana bir milyard kubmetr
həcmində Azərbaycan
qazının alınması
imkanının yaradılmasından
çox məmnunuq.
Bu, çox müsbət
bir haldır və bu sahədə
əməkdaşlıq artıq
gələn ildən başlayaraq baş tutacaqdır. Zənnimcə, bu, mənim ölkəmin enerji təhlükəsizliyinə mühüm
töhfə olardı.
Eyni zamanda, biz fəal şəkildə işləyərək,
qarışıq işçi
qrupunun fəaliyyətini
yüksək dəyərləndiririk. Burada Azərbaycandan
sıxılmış qazın
Bolqarıstan vasitəsilə
Avropaya çıxarılması
nəzərdə tutulur.
Mən bunu xüsusilə qeyd edirəm, əgər birinci layihəmiz ikitərəfli xarakter daşıyırsa, sıxılmış
qaz layihəsi artıq daha geniş regional əhəmiyyətə
malik ola
bilər. Hesab edirəm ki,
bu, enerji daşıyıcıları mənbələrinin
və daşınma yollarının şaxələndirilməsinə
böyük töhfə
verər. Bundan Azərbaycan
da faydalana bilər. Beləliklə, Azərbaycan Avropanın
enerji bazarına birbaşa çıxış
əldə edəcəkdir.
Təfərrüatlara varmadan qeyd etmək
istəyirəm ki, işçi qrupu çərçivəsində konkret məsələlər
- daşınmanın həcmi,
təbii qazın daşınma yolları müzakirə olunur. Qeyd etmək
istəyirəm ki, müxtəlif qurumlar bu layihənin həyata keçirilməsində
iştirak edir.
Mən xüsusi olaraq, Prezident İlham Əliyevin digər sahələrdə, o cümlədən
təhlükəsizlik sahəsində
əməkdaşlığı qeyd etdiyini yüksək
dəyərləndirirəm. Eyni zamanda,
elm, təhsil, mədəniyyət
sahələrində də
əməkdaşlığımızı
xüsusi qeyd etmək istəyirəm.
Orada imkanlarımız vardır
və yaxşı perspektivlər də mövcuddur.
Qeyd etmək istəyirəm ki, münasibətlərimiz
get-gedə daha çox Avropa çalarlarını özündə
əks etdirir. Bolqarıstan
Avropa təsisatlarının
iştirakçısı kimi
regiona dair, xüsusən də dost Azərbaycana olan siyasətin formalaşdırılmasında
iştirak edəcəkdir.
Biz müxtəlif təşəbbüslərə, xüsusən də "Şərq tərəfdaşlığı"
təşəbbüsünə daha böyük mənanın, məzmunun gətirilməsinə çalışacağıq.
Biz bunu ona
görə edirik ki, buradakı xalqlar da onların
problemlərinin Avropanın
diqqət mərkəzində
olduğunu hiss etsinlər,
xüsusən də enerji sahəsi baxımından.
Mən, eyni zamanda, qeyd etmək istəyirəm ki, biz Avropa təsisatları ilə birgə çalışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Minsk qrupuna lazımi dəstəyi veririk. Biz istəyirik ki, bu münaqişə, cənab Prezidentin qeyd etdiyi kimi, tezliklə ədalətli şəkildə həll olunsun. Çünki bu münaqişənin həlli bütün Cənubi Qafqaz regionunun uğurlu inkişafına töhfə verərdi. Bugünkü kimi, biz Minsk qrupunun fəaliyyətinə və müxtəlif digər təsisatların işinə dəstək verəcəyik. Bundan sonra da bunu davam etdirəcəyik.
Yekunda mən şəxsən öz adımdan və nümayəndə heyəti adından məmnunluğumu bildirmək istəyirəm ki, razılaşdırdığımız bütün məsələlər yaxın gələcəkdə, görünən gələcəkdə baş tutacaqdır. Beləliklə, münasibətlərimizin yeni Avropa meyarı olacaqdır.
Çox sağ olun, cənab Prezident.
AzərTAc
Azərbaycan.- 2010.- 1
iyul.- S. 1