Nazirlər Kabinetində görüş

 

İyunun 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Suriya Ərəb Respublikasının neftmineral ehtiyatlar naziri, Suriya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Sufyan Alaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Suriyanın Azərbaycana dostqardaş ölkə olduğunu diqqətə çatdıran Baş nazir Artur Rasizadə bildirmişdir ki, ölkələrimiz arasında əlaqələrin qədim tarixi varbu əlaqələrin daha da inkişaf etdirilməsi üçün hazırda böyük imkanlar mövcuddur. Son vaxtlar Suriya ilə bütün sahələrdə, o cümlədən iqtisadi sahədə də əməkdaşlığın intensivləşdiyi, Bakıda keçirilmiş Suriya-Azərbaycan hökumətlərarası komissiyasının birinci iclasının buna əyani sübut olduğu nəzərə çarpdırılmışdır.

Suriyanın neftmineral ehtiyatlar naziri, Suriya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Sufyan Alao özlərinə ikinci vətən hesab etdikləri Azərbaycanda olduqlarından məmnunluğunu bildirmişdir. Ölkəsinin Azərbaycan ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu söyləyən qonaq, ötən ilin iyulunda Suriya Prezidenti Bəşşar əl-Əsədin Azərbaycana rəsmi səfərini və bu səfər çərçivəsində bir çox hökumətlərarası sazişlərin imzalandığını vurğulamışdır. Gələcəkdə bundan əvvəl əhatə olunmayan sahələr üzrə də yeni sazişlərin imzalanması nəzərdə tutulmuşdur.

Sufyan Alao Baş nazir Artur Rasizadəyə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində keçirdiyi görüş barədə məlumat vermiş, ölkəsinin Azərbaycan qazının Suriyaya nəqlində maraqlı olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan və Suriya özəl şirkətlərindən ibarət şuranın yaradılacağını bildirən qonaq demişdir ki, məqsəd ikitərəfli investisiya qoyuluşlarını təmin etməkdir. Yaxın gələcəkdə Suriyada və Azərbaycanda sənaye məhsullarının sərgisinin keçirilməsi, həmçinin təhsil sahəsində əməkdaşlıq, kadr mübadiləsi və s. nəzərdə tutulmuşdur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  1 iyul.- S.  2.