Kanadanın General-Qubernatoru zati-aliləri
xanım Mişel Jana
Hörmətli xanım
General-Qubernator!
Ölkənizin milli bayramı - Kanada günü münasibətilə
Sizə və Sizin simanızda
bütün xalqınıza
ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-Kanada münasibətlərinin bugünkü
inkişaf səviyyəsi
məmnunluq doğurur. Əminəm ki, dostluq əlaqələrimizin
möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində
əməkdaşlığımızın
dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl
şəkildə davam
etdirəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Kanada xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 iyun 2010-cu il
Azərbaycan.- 2010.- 1 iyul.- S.
2.