Bakıda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü
ilə keçirilən "Qloballaşma
şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forum başa
çatmışdır
Bakıda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri Leyla xanım Əliyevanın
təşəbbüsü ilə keçirilən "Qloballaşma şəraitində mədəniyyətlərin
dialoqu" mövzusunda
ikigünlük forum iyunun 30-da başa
çatmışdır.
Bakı Biznes Mərkəzində
keçirilən və görkəmli siyasi
xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş forumda Azərbaycanın
və Rusiyanın tanınmış alimləri iştirak etmişlər. Tədbirin
ikinci iş günü keçirilən bölmə
iclaslarında "Sivilizasiyaların dialoqu
mədəniyyət dialoqlarında", "Demokratiya,
cəmiyyət və bir daha
şəxsiyyətin tarixdə rolu barədə",
"Müasir cəmiyyətdə demokratik dəyərlərin şəxsiyyət
tərəfindən qiymətləndirilməsi", "Qloballaşma dövründə Rusiya humanitar təhsili", "Dialoq
başqasının eyniliyinin
anlaşılması kimi", "Mədəniyyətlərarası
dialoq qloballaşma
dövründə davamlı inkişafın əsasıdır",
"Birlik fəlsəfəsi və müasir elm", "Qloballaşma dövründə təfəkkür
mədəniyyətlərinin qarşılıqlı fəaliyyəti",
"Mədəniyyətlərin vəhdəti və müxtəlifliyi:
islam Nijeqorod regionu mədəniyyəti kontekstində"
və s. mövzularda
məruzələr dinlənilmişdir. Alimlər qloballaşma şəraitində müxtəliflik
vasitəsilə birliyin təmin edilməsi
ətrafında müzakirələr aparmışlar.
Tədbirdə Rusiya
Federasiyasının Əməkdar Elm Xadimi, professor Konstantin Dolqovun "Heydər
Əliyev - İnsan və siyasətçi"
mövzusunda məruzəsi böyük maraqla qarşılanmışdır.
Rusiyalı alim ümummilli liderimiz Heydər
Əliyevin keçmiş SSRİ
dövründə Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsində
çalışarkən nəqliyyat sahəsinin
inkişafı üçün gördüyü böyük
işlərdən, mədəniyyətə
qayğısından danışmış, eləcə də
elmi tədqiqatlar apararkən Heydər
Əliyevlə şəxsi görüşlərini diqqətə
çatdırmışdır. Vurğulanmışdır ki, Heydər Əliyev kimi
vətənpərvər, xalqının xoşbəxt gələcəyi
üçün əlindən gələni
əsirgəməyən dahi şəxsiyyət
heç zaman unudulmur, o, insanların
xatirəsində əbədi yaşayır.
Forumun sonunda qətnamə qəbul edilmişdir.
İyulun 1-də qonaqlar Bakının görməli
yerləri ilə
AzərTAc
Azərbaycan.- 2010.- 1 iyul.- S.
3.