Macarıstan Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Pal
Şmittə
Hörmətli cənab Şmitt!
Macarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan-Macarıstan əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 iyul
2010-cu il
Azərbaycan.- 2010.- 2 iyul.- S.
1.